Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda erməni dili kursları açılacaq

Azərbaycanda erməni dili kursları açılacaq
Sakura

Azərbaycanda erməni dili kursları açılacaq

Fərid Şəfiyev: “İstəyirik ki, Azərbaycanda ölkədaxili düşüncə mərkəzləri ilə əməkdaşlıq quraq, tələbələri də bu məsələyə cəlb edək

Bu ilin fevralında ölkə rəhbərinin göstərişi əsasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) yaradılıb. Qurumun rəhbəri Fərid Şəfiyev AYNA əməkdaşı ilə söhbətində BMTM-nin gördüyü və görəcəyi işlər barədə danışıb.

“Mərkəz tam fəaliyyətə 2 aydır başlayıb. Əsas 3 istiqamət üzrə fəaliyyəti  nəzərdə tutulur. Biz dövlətin vahid düşüncə mərkəzi olaraq ölkə üçün müvafiq arayışlar hazırlayırıq. Bu, xarici siyasət, beynəlxalq münasibətlər, regionda olan hadisələr, Yaxın Şərqdə, İranda, eləcə də postsovet ölkələrindəki vəziyyətlərlə bağlıdır. Həmçinin bizim milli məsələmiz olan Dağlıq Qarabağ ətrafında baş verən proseslər də priotetlərimiz sırasındadır”, – deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, qurumun fəaliyyətinin ikinci istiqamətini ölkədən xaricdə olan düşüncə mərkəzləri ilə əməkdaşlıq təşkil edir: “Onlarla əməkdaşlığa başlamışıq. Bəzi sazişlər imzalanıb. Bəzi mütəxəssisləri Azərbaycana dəvət etmişik. Xarici ölkələrə səfərlər planlaşdırırıq. İlkin olaraq Gürcustanda olmuşam. Mərkəzin əməkdaşlarının da bir neçə ölkəyə səfərləri gözlənilir”.

F.Şəfiyev qeyd edib ki, Mərkəzin 3-cü fəaliyyət istiqaməti ən vacibi hesab olunur: “Biz istəyirik ki, Azərbaycanda ölkədaxili düşüncə mərkəzləri ilə əməkdaşlıq quraq, tələbələri də bu məsələyə cəlb edək. Biri var, tədris müəssisəsi – fundamental bilik verir, nəzəri məsələləri öyrədir. Biri də var praktika. Biz bunu Qərb təcrübəsindən götürmüşük. Bunun əsasını tələbələrə praktiki bilik vermək, təcrübə proqramlarına cəlb etmək, eyni zamanda araşdırma formalarını öyrətmək təşkil edir”.

“Mərkəzimizdə, həmçinin nəzərdə tutmuşuq ki, noyabr ayından etibarən gənc mütəxəssislər üçün erməni dili üzrə kurslar təşkil edək. Bu, çox vacib məsələdir. Ermənistanda türkologiya və Azərbaycan dili ilə məşğul olan kifayət qədər (100-dən çox – müəll.) mərkəzlər var. Mən erməni diplomatlarla rəsmi və qeyri-rəsmi görüşlərdə şahid olmuşam ki, onların çoxu bizim dili bilir və danışır”, – Şəfiyev vurğulayıb.

O, əlavə edib ki, 2 həftə sonra BMTM-in internet saytı fəaliyyətə başlayacaq: “Sayt ilk vaxtlar 2 dildə: Azərbaycan və ingilis dillərində olacaq. Sonralar başqa dillərdə (ərəb, rus və sair) də olmasını planlaşdırırıq. Bunun üçün həm maliyyə, həm də insan resursları lazımdır. Biz bəzi lazım bildiyimiz məlumatları orada yerləşdirəcəyik”.

“Bizim Mərkəz publik hüquqi şəxsdir. Biz dövlətin siyasətini dəstəkləyirik. Amma bəzi həssas məsələlərdə məlumatların məxfiliyi qorunmalıdır. Yenə də alternativ fikirlərə ehtiyac var, biz istəyirik ki, müxtəlif əhəmiyyətli mövzularla bağlı açıq müzakirələr təşkil edək. Tövsiyyələr paketi hazırlayaq, nəticə olaraq hər hansı problemin həllini xeyrimizə həll etməyə nail olaq. Planlarımız arasında daxili auditoriya üçün, kitabların təqdimatı, mərkəz nəzdində media təqib mərkəzinin yaradılması da var”, – F.Şəfiyev əlavə edib.

Məlumat üçün deyək ki, bu ilin əvvəlində Prezidentin fərmanı ilə Strateji Araşdırmalar Mərkəzi ləğv olunaraq, onun balansında iki dövlət qurumu yaradılıb. Onlardan biri Sosial Tədqiqatlar Mərkəzi, digəri isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

Mənbə: turkustan.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR