Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ən çox bu avtomobillər alınıb

Azərbaycanda ən çox bu avtomobillər alınıb
Sakura

Azərbaycanda ən çox bu avtomobillər alınıb

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 170 min 672 ədəd olub. Rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 2% və ya 23 min 235 ədəd artıb.

Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. Ölkədə 400 min 508 ədəd VAZ markalı avtomobil qeydiyyatdadır. Son bir ildə qeydiyyatda olan VAZ markalı avtomobillərin sayı 447 ədəd azalıb. Azalma ən çox VAZ-ın "2101", "03" və "06" modellərində qeydə alınıb.

VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Azərbaycanda 199 min 16 ədəd "Mersedes"in olduğu bildirilir. Son bir ildə "Mersedes"lərin sayı 3 min 648 ədəd artıb.

Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə 68 min 179 ədədlə "Hyundai", 50 min 797 ədədlə "Toyota", 44 min 373 ədəd "Opel", 34 min 186 ədədlə KİA, 33 min 245 ədədlə "Nissan" qərarlaşıb.

Ən az istifadə olunan avtomobil isə "Tatra" markalı avtomobil olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" markalı avtomobil var. Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 16 ədəd "Oldsmobil", 22 ədəd "Asiya", 23 ədəd "Talbot", 29 ədəd "Datsun", 58 ədəd "Saab", 85 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.

Son 2 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub:

Avtomobilin markası 2017-ci il 2018-ci il
"Mersedes" 195 368 199 016
VAZ "2101", "03", "06" 200 216 199 776
VAZ "2105", "2107" 126 812 126 749
"Moskviç" 25 349 25 292
"QAZ-24" 26 582 26 444
"QAZ-3102" 21 225 21 074
BMW 25 442 26 167
"Opel" 43 003 44 037
"Volksvagen" 20 571 21 418
"Audi" 4 627 4 940
"Ford" 8 968 9 897
"Chevralet" 14 895 15 972
"Reno" 4 933 7 483
"Toyota" 48 442 50 797
"Mazda" 3 850 4 033
"Nissan" 32 824 33 245
"Mitsubishi" 21 440 21 554
"Honda" 5 472 5 596
"Fiat" 4 431 4 609
"Daewoo" 10 791 10 770
KİA 32 004 34 186
"Tofaş" 6 256 6 233
"Hyundai" 63 511 68 179
LANDROVER 5 687 6 048
"İnfiniti" 1 777 1 796
"Lexus" 9 263 9 724
"Azsamand" 3 387 3 451
"Porsche" 1 808 1 899

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR