Dərc edildi: Baxış sayı: 854
Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 220 manata çatdırılır
2022-ci ildə Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 2021-ci illə müqayisədə 13 manat və yaxud 6,3 % çox - 220 manat təşkil edəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, pensiyaçılar üçün yaşayış minimumu 14 manat və yaxud 8,6 % artırılaraq 176 manata, uşaqlar üçün yaşayış minimumu isə 18 manat və yaxud 10,3 % artırılaraq 193 manata çatdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət