Slimfit
  1. SİYASƏT

Azərbaycanda “əlil” sözü BMT Konvensiyasının tələblərinə uyğunlaşdırılır

Azərbaycanda “əlil” sözü BMT Konvensiyasının tələblərinə uyğunlaşdırılır
Sakura

Azərbaycanda “əlil” sözü BMT Konvensiyasının tələblərinə uyğunlaşdırılır

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin onlayn iclası keçirilib. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, iclası Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev aparıb.

Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

İclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı dövlət tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılıb, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılıb, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.

İclasda Qanun layihələri ilə yanaşı, Milli Məclisin Gənclər və idman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilib, gələcək perspektivləri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR