Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda elektromobil istehsal olunmalıdır - Vahid Əhmədov

Azərbaycanda elektromobil istehsal olunmalıdır - Vahid Əhmədov
Sakura

Azərbaycanda elektromobil istehsal olunmalıdır - Vahid Əhmədov

Xəbər verdiyimiz kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. 

Ens.Az-ın məlumatına əsasən,bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək. 

Eyni zamanda 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bəs, yeni qərarın əhəmiyyəti nədən ibarətdir? Bu qərar avtomobil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bunun mənfi və müsbət tərəfləri var.

Onun sözlərinə görə, Azərbaycanda maşın kifayət qədər çoxdur:

"Təxminən bir milyon yeddi yüz minə yaxın maşın var, artıq iki milyona yaxınlaşıb. Bir vaxtlar - 1992-1993-cü illərdə Azərbaycanda cəmi üç yüz iyirmi min maşın var idi. Son zamanlar artıq elektromobil maşın istehsalına başlanır. O, daha təmiz maşınlardır. Ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edən maşınlardır. Türkiyə dövlətində artıq belə elektromobillərin istehsalına bu il başlanılıb. Düzdür əhalinin maliyyə vəziyyətini nəzərə alaraq köhnə maşınların alınması, gətirilməsi onlar üçün vacibdir. Amma əhalinin sağlamlığı da bizim üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də ekoloji cəhətdən təmiz avtomobillərə üstünlük verilir. Mən misal üçün istərdim ki, Azərbaycanda da elektromobillərin istehsalı olsun. Yəni bu məsələlər artıq ciddiləşir".

Vahid Əhmədov onu da qeyd etdi ki, Avropa dövlətləri faktiki olaraq 2035-ci ilə qədər benzinlə, yanacaqla işləyən maşınları sıradan çıxarıb, yalnız elektromobillərə üstünlük verəcək.

"Köhnə maşınlarda müəyyən qiymət artımları ola bilər. Amma indi işləyən maşınlar hansı ki var və ya indi Azərbaycana gətirilib, onlarda heç bir problem yoxdur, onlar işləyəcək. Amma ölkəyə yalnız 2013-cü ildən bu yana olan maşınlar buraxılacaq. Əhalimiz də yavaş-yavaş öyrəşməlidir. Amma qiymətlər burada müəyyən qədər arta bilər. Yəqin ki, artacaq da. Köhnə maşınları nəzərdə tuturam. Ona görə də biz avtomobil istehsalına diqqət yetirməliyik. Xüsusilə də elektromobillərin istehsalına fikir verməliyik", - deyə millət vəkili vurğuladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR