Dərc edildi: Baxış sayı: 240
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat və yaxud 0,9 % çoxdur.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ötən il elektrik enerjisinin ixracı 3252,5 milyon kVt/saat, idxalı isə 211,8 milyon kVt/saat təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət