Dərc edildi: Baxış sayı: 246
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz artaraq 4 milyard 420,6 milyon manat olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3313,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,0 faizini təşkil edib.
Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 436,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 86,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət