Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir

Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir
Sakura

Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir

Fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb. Müraciət edənlərin 279349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.

Müayinələr zamanı 21426 nəfər hospitalizə olunub, 56083 şəxs dispanser nəzarətinə alınıb, 1802587 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 min 233 nəfər sağlamlaşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR