Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə olunub.
“Report” xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumları nəzərdə tutur.
Layihəyə əsasən, əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 gün iş günü müddətinə verildikdə 3 ayadək 700, 6 ayadək 900, 1 ilədək 1400, 15 iş günü müddətinə verildikdə 3 ayadək 500, 6 ayadək 700, 1 ilədək 1200, 20 iş günü müddətinə verildikdə 3 ayadək 350, 6 ayadək 600, 1 ilədək 1000 manat rüsum ödəniləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Dəyişikliyin iyulun 1-dən qüvvəyə minməsi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət