Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ECMO aparatı Bəhramdan başqa kimlərə qoşulub?..

Azərbaycanda ECMO aparatı Bəhramdan başqa kimlərə qoşulub?..
Sakura

Azərbaycanda ECMO aparatı Bəhramdan başqa kimlərə qoşulub?..

Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Əməkdar artist Bəhram Bağırzadəyə qoşulan ECMO cihazı hələlik başqa xəstə üçün istifadə edilməyib.

Ens.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Hospitalın “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.

Mərkəzin rəisi qeyd edib ki, indiyədək bir xəstə üçün istifadədə yüksək nəticə verən cihazın effektivliyi 100 faiz qiymətləndirilir:

“Bizim xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə iyunun 11-dən başlanılıb. İyunun 13-də isə cihazı ehtiyacı olan xəstəyə taxmışıq. Hələlik bir xəstə üçün istifadə edildiyindən və müsbət nəticələr əldə olunduğundan effektivliyi 100 faiz hesab edilir.

Aparat hazırda reanimasiyada yatan xəstələrin yanındadır. Təbii ki, ehtiyacı olan xəstə üçün dərhal istifadə ediləcək. Hələ ki belə vəziyyət yaranmayıb, ümid edirik ki, yaranmaz da”.

R.Mahmudov deyib ki, xəstəxanada müalicə alan bütün xəstələrin müalicəsinə məsuldurlar:

“O cümlədən də Bəhram Bağırzadənin. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov mətbuata açıqlamasında bildirmişdi ki, ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var.  O, həmçinin sözügedən aparatların qiymətinin 6 milyon dollar olduğunu açıqlamışdı. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR