Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır

Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır
Sakura

Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır

Azərbaycanda “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi və "Dövlət büdcəsi haqqında" qanunda dövlət zəmanətinin yuxarı hədlərinin (milli valyuta ilə) müəyyən edilməsi nəzərdə tutulub. 

Report” bu barədə müvafiq qanun layihəsinə istinadən xəbər verir. 

Sənədə əsasən, hər il üçün büdcə qanununda dövlət borcunun digər göstəriciləri (dövlət borcunun yuxarı hədləri, borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) ilə yanaşı, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin də yuxarı hədləri müəyyən ediləcək. 

Laiyhəyə görə, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təyinatında, formalaşma mənbələrində, vəsaitlərindən istifadə qaydasında da dəyişiklik edilir. Təminat Fondu dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nəzərdə tutulur.

Qanun layihəsi dövlət borcunun götürülməsinə və dövlət zəmanətinin verilməsinə nəzarəti artırır, dövlət borcuna xidmət üçün vəsaitlərin mənbələrini artırır və son nəticədə dövlət borcuna daha operativ və keyfiyyətli xidmət göstərilməsinə imkan yaradır. 

Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR