Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu

Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu
Sakura

Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub. 

Ens.az xəbər verir ki,bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Baku TV-yə məlumat verib. 

O bildirib ki, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb: “Onların vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur”. 

Nazirlikdən bildirilib ki, həmin şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR