Dərc edildi: Baxış sayı: 904
Azərbaycanda dövlət qurumlarında çalışan bu işçilərin işə çıxması qadağan edildi
Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilib.
“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.
Qeyd edək ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət