Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda dövlət qurumlarına “Microsoft” lisenziyalarının paylanmasına başlanılıb

Azərbaycanda dövlət qurumlarına “Microsoft” lisenziyalarının paylanmasına başlanılıb
Sakura

Azərbaycanda dövlət qurumlarına “Microsoft” lisenziyalarının paylanmasına başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC dövlət orqanlarına "Microsoft" lisenziyalarının paylanılmasına başlayıb. 

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, lisenziyalar ödənişsiz verilir. Bu məsələ Nazirliyin ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Artıq 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” lisenziyaları təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və ayın sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.

Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da, ümumilikdə, ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR