Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda dörd min illik taxt oyunu aşkarlandı

Azərbaycanda dörd min illik taxt oyunu aşkarlandı
Sakura

Azərbaycanda dörd min illik taxt oyunu aşkarlandı

Amerikalı arxeoloqlar yaşı dörd min ildən çox olan qaya üzərində yonulmuş oyun lövhəsi aşkar ediblər. Tapıntı Azərbaycanda Qobustan qoruğunun ərazisində aşkar edilib.

Oxu.Az “Live Science”a istinadən bildirir ki, oyun lövhəsi qayanın üzərində oyulub və güman ki, dünyanın ən qədim taxt oyunlarından birini hazırkı Azərbaycanın ərazisində yaşayan köçəri maldarlar oynayıb.

Təqdiqatçılar oyunu qaya üzərində oyulmuş dəliklərin sayına görə “50 dəlik” oyunu adlandırıblar. Bundan başqa, oyun “Ov itləri və çaqqallar” da adlana bilər, belə ki, bu oyun qədim Şərqdə məşhur olan eyniadlı oyuna bənzəyir.

Arxeoloq Uolter Krist tapıntının qədim Misir fironu IV Amenemhetin məzarında tapılan taxt oyunu ilə oxşarlığını aşkar edib. Bu hökmdar eramızdan əvvəl XVIII əsrdə yaşayıb, lakin Azərbaycanda tapılan oyun bir neçə yüz il daha qədimdir.

Ehtimal olunur ki, oyunun başlıca məqsədi taxtın sonuncu dəliyinə hamıdan tez çatmaq olub və oyunçular lövhə üzərində sümüklərdən istifadə edərək müəyyən gedişlər ediblər. Qaya üzərində yonulmuş bəzi dəliklər digərlərindən ölçüsünə görə fərqlənir – ehtimal ki, bu dəliklər üçün oyunda hansısa xüsusi qaydalar tətbiq olunub.  

“Beşinci, onuncu, on beşinci və iyirminci dəliklər digərlərindən fərqlənir. Və yuxarıdakı dəlik digərlərindən böyükdür. Hesab edilib ki, məhz bu dəlik sonuncudur və oraya çatmaq oyunçuların əsas məqsədidir”, - deyə Krist bildirib.

Bəziləri bu oyunun nərdin “əcdadı” olduğunu iddia etsə də, Krist bunu inkar edir. O, oyunlar arasında oxşarlıq olduğunu, lakin nərdin qədim Roma oyunu olan tabuladan yarandığını hesab edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR