Dərc edildi: Baxış sayı: 236
Azərbaycanda dərmanların satış qiymətinin yuxarı həddini dövlət müəyyənləşdirəcək
Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Təklif olunan dəyişikliklə dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət