Dərc edildi: Baxış sayı: 827
Azərbaycanda deputat istirahət mərkəzində sərxoş olub polisə hücum çəkdi - İDDİA
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.
Ens.az xəbər verirki,Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.
Sakinlərin sözlərinə görə, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.
Hazırda polis əməkdaşı işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər.
Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət