Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb
Sakura

Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb

Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb.

Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilən xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR