Dərc edildi: Baxış sayı: 726
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib
Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.
Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət