Dərc edildi: Baxış sayı: 482
Azərbaycanda daha bir general ehtiyata buraxıldı
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.
Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib.
Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət