Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5019 nəfər vəfat edib, aktiv xəstə sayı 4955 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, ötən müddət ərzində isə ümumilikdə 4 014 073 test aparılıb.
Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 750 yoluxma faktı qeydə alınmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət