Dərc edildi: Baxış sayı: 315
Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub,6 nəfər vəfat edib
Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Ens.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8644 nəfərdir.
Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8217-dir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət