Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 153 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
"Ens.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4024 nəfər müalicə olunaraq sağalmış, 84 nəfər vəfat etmiş, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılmışdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət