Dərc edildi: Baxış sayı: 1041
Azərbaycanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Ens.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7505 koronavirus testi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət