Dərc edildi: Baxış sayı: 664
Azərbaycanda daha 3 968 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 21 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5 252 nəfər vəfat edib, aktiv xəstə sayı 36 227 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, ötən müddət ərzində isə ümumilikdə 4 285 883 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət