Dərc edildi: Baxış sayı: 661
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Ens.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322 574 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət