Dərc edildi: Baxış sayı: 584
Azərbaycanda daha 2 440 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Ens.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət