Dərc edildi: Baxış sayı: 523
Azərbaycanda daha 154 nəfərdə COVID-19 aşkarlanıb, 139 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ens.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət