Dərc edildi: Baxış sayı: 813
Azərbaycanda daha 143 yoluxma qeydə alınıb, 130 nəfər sağalıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Ens.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət