Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:
“Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları məməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.
O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət