Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda COVİD-19-un yeni ştamları aşkarlanıb?

Azərbaycanda COVİD-19-un yeni ştamları aşkarlanıb?
Sakura

Azərbaycanda COVİD-19-un yeni ştamları aşkarlanıb?

Mövsümi olaraq COVİD-19 virusuna yoluxmaların sayının artması gözləniləndir.

Ens.az Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVİD-in yeni ştammlarının aşkarlanması faktı təsdiqlənməyib”, - qeyd edilib.

TƏBİB-dən bildirilib ki, avqustun 9-da Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virusunun yeni ştammı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxararaq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib:

“Bu dəyişiklik son həftələrdə “Eris” olaraq da adlandırılan EG.5 ştammının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artmasıdır. EG.5 ştammının ən geniş yayıldığı ölkə 9 avqust etibarilə Çindir, ikinci yerdə ABŞ durur, qeyd olunan ştamm hazırda ABŞ-da dominant ştamm olaraq elan edilib.

EG.5 ştammı Omikron ştammının XBB 1.9.2 xəttinin sələfidir. Yeni ştamm XBB 1.9.2 ştammından və spayk zülalında XBB 1.9.2 ştammı ilə eyni aminturşu profilinə malik XBB.1.5 ştamımndan 1 mutasiya ilə fərqlənir. Bu mutasiya xəstəliyin gedişatında, müalicəyə tabe olmasında və ya ötürücülüyündə heç bir dəyişikliklə təzahür etməyib. Lakin bu ştammın orqanizmin immun qoruma mexanizmlərinə qarşı daha davamlı olduğunu və bununla da daha yüksək yoluxduruculuğa sahib olduğu müşahidə edilir.

Avqustun 9-da EG.5 ştammı ÜST tərəfindən qlobal ictimai səhiyyə baxımından aşağı riskli olaraq dəyərləndirilib. Lakin qeyd etmək lazımdır ki, yüksək risk qrupuna daxil olan şəxslər üçün bu bəyanat qorunma tədbirlərini azaltmağa, diqqətsiz davranmağa əsas olmamalıdır.

Hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.

Yeni aşkar olunan digər bir ştamm isə BA 2.86 ştammıdır. BA 2.86 ştammı mutasiyaların sayı baxımından Omikron ştammı ilə müqayisə olunur. Bu səbəbdən bu ştammın immun cavab mexanizmlərindən yayınaraq yüksək yoluxduruculuq qabiliyyətinə malik ola biləcəyi proqnozlaşdırılır. Lakin BA 2.86 ştammının rastgəlmə tezliyinin hələ ki aşağı olması yoluxduruculuq və digər xüsusiyyətləri baxımından mülahizələrin irəli sürülməsinə yol vermir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, virus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.

Yoluxma riskindən qorunmaq üçün hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Kütləvi məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, xəstələrlə təmasdan çəkinmək tövsiyə olunan tədbirlərdəndir.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərməkdədir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR