Dərc edildi: Baxış sayı: 434
Azərbaycanda COVID-19-a yoluxmanın artmasının əsas səbəbi budur - AÇIQLAMA
“Koronavirusa yoluxanların sayının artması bizim tərəfimizdən təbii qəbul olunur”.
Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sərt karantin rejimindən çıxdıqca, bu sayın artması gözlənilirdi.
“İnsanların bugünkü vəziyyətlə bağlı səhlənkarlığını unutmamalıyıq. İctimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, marketlərdə, banklarda insanların maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Nəticədə, yoluxma halları artır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət