Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda çeklərlə hesablaşmalara diqqət artır

Azərbaycanda çeklərlə hesablaşmalara diqqət artır
Sakura

Azərbaycanda çeklərlə hesablaşmalara diqqət artır

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının işçı qrupunun geniş iclası keçirilib. 

"Report" quruma istinadən xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), "Azərbaycan Banklar Assosiasiyasi" (ABA) İctimai Birliyi, bank nümayəndələri və sahibkarlarla birgə keçirilən toplantının əsas məqsədi ölkədə çeklərlə hesablaşmaların tətbiqi mexanizminin araşdırılmasından ibarət olub.

AMB sədrinin I müavini Alim Quliyev bildirib ki, bu ilin əvvəlində qurumun sədri Elman Rüstəmovun ASK, ABA və sahibkarlarla birgə keçirilən görüşündə irəli sürülən mühüm təkliflərdən biri çeklərlə hesablaşma məsələlərinin araşdırılması və tətbiqi imkanlarının qiymətləndirilməsinə dair olub. Onun sözlərinə görə, sözügedən istiqamətdə irəli sürülən məsələlər dərindən araşdırılır, bununla bağlı işçı qrupun üzvlərindən ibarət nümayəndə heyəti Türkiyənin "Ziraat Bank"ı ilə təcrübə mübadiləsi aparıb, çeklərlə hesablaşmaların Türkiyə modeli əsasında nəzəri və təcrübi xüsusiyyətəri ətraflı öyrənilib.

AMB rəsmisi eyni zamanda vurğulayıb ki, araşdırmaların və təcrübə mübadiləsinin nəticələri ötən gün Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyinin, həmçinin ASK-nın və ABA-nın nümayəndələri ilə birgə kənd təsərrüfatının kreditləşdirilməsi məsələlərilə bağlı keçirilən görüşdə müzakirə edilib, çeklərlə hesablaşmalar ölkədə kiçik və orta sahibkarlığın maliyyələşməsi imkanlarının genişlənməsi, girov imkanlarının yaxşılaşması, biznes subyektləri arasında hesablaşmaların şəffaflaşması istiqamətində effektiv alət kimi qiymətləndirilib.

Onun sözlərinə görə, çeklərlə hesablaşma mexanizminin tətbiqi təşəbbüslərini AMB dəstəkləyərək sahibkarların müzakirəsinə təqdim olunmasını məqsədəuyğun hesab edib.

Sonra görüş iştirakçıları üçün qabaqcıl beynəlxalq təcrübələrdə, xüsusən Türkiyə modelində effektiv maliyyələşmə aləti kimi çeklərlə hesablaşma mexanizminin xüsusiyyətləri mövzusunda təqdimat keçirilib. Təqdimatda çekdən istifadənin özəllikləri barədə ətraflı məlumat verilərək qeyd edilib ki, bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.

Daha sonra qeyd olunan məsələlər ətrafında sahibkarlar, eləcə də maliyyə-bank sektoru nümayəndələri tərəfindən geniş müzakirə aparılıb. Ölkədə çeklərlə hesablaşmaların tətbiqi təşəbbüslərinin tezliklə reallaşdırılmasını biznes nümayəndələri dəstəkləyərək bildirib ki, qeyd olunan üstünlüklərlə yanaşı bu mexanizmin formalaşdırılması nəticəsində vədəli satış əməliyyatlarında güvənliliyin artması ilə sahibkarlar arasında qarşılıqlı inam güclənəcək, biznesin maliyyəyə çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

İclasın yekununda bildirilib ki, sözügedən məsələlərin sahibkarlar tərəfindən yüksək dəstəklənməsi nəzərə alınmaqla ölkədə çeklərlə hesablaşma mexanizminin tətbiqi ilə bağlı Proqram hazırlanacaq, müvafiq qanunvericilik çərçivəsi, eləcə də teknoloji və idarəetmə infrastruktu ilə bağlı məsələlərin həllinə başlanılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR