Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda buğda və un ucuzlaşır, çörəyin qiyməti dəyişmir – Qiymətlər

Azərbaycanda buğda və un ucuzlaşır, çörəyin qiyməti dəyişmir – Qiymətlər
Sakura

Azərbaycanda buğda və un ucuzlaşır, çörəyin qiyməti dəyişmir – Qiymətlər

Bildiyimiz kimi, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur və onların arasında unu ən baha qiymətə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM (VÖEN – 2300083591) şirkəti satır.

Ens.az yeniavaz.az-a istinadən xəbər verir ki, bu şirkət 50 kiloqramlıq un kisəsini 37 manat 20 qəpiyə satır.

“Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkətinin satış mərkəzi Gəncə şəhərində yerləşir.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Qarabağ un” MMC (VÖEN – 1505334091) satır. Bu şirkət bir kisə unu müştərilərə 35 manat 50 qəpiyə təklif edir.

Onu da bildirək ki, son aylar ölkədə unun topdansatış qiymətində ucuzlaşma müşahidə olunur. Məsələn, ötən ilin 6 dekabr tarixində 50 kiloqramlıq un kisəsinin ən yüksək qiyməti 39 manat 50 qəpik, ən aşağı qiyməti isə 38 manat olub. Göründüyü kimi son 3 ayda unun topdansatış qiyməti təxminən 7% ucuzlaşıb.

Ötən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlində xaricdən idxal olunan buğdanın qiymətində də ucuzlaşma olub. Belə ki, ötən ilin ilk ayında idxal olunan buğdanın 1 tonunun gömrük dəyəri 346,6 dollar (589,2 manat) olubsa, bu ilin ilk ayında bu göstərici 304,4 dollar (517,5 manat) olub. Rəqəmlərdən də göründüyü kimi, idxal olunan buğdanın dəyəri 12%-dən çox azalıb.

Maraqlıdır ki, həm idxal olunan buğdanın, həm də unun topdansatış qiymətinin ucuzlaşmasına baxmayaraq çörəyin qiymətində dəyişiklik olmayıb. Halbuki, ötən ilin ortalarında buğdanın və unun bahalaşdığını əsas gətirərək çörəyin qiyməti artırılıb.

6 dekabr 2022 – 9 mart 2023-cü il tarixləri arasında Azərbaycanda unun topdansatış qiyməti aşağıdakı kimi olub:


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR