Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda bu ixtiraya görə zavod açılacaq - Dünyada bir ilk

Azərbaycanda bu ixtiraya görə zavod açılacaq - Dünyada bir ilk
Sakura

Dünyada ilk dəfə qamış bitkisindən fanera hazırlanacaq. Özü də uzaqda yox, elə bizim ölkəmizdə

Dünyada ilk dəfə qamış bitkisindən fanera hazırlanacaq. Özü də uzaqda yox, elə bizim ölkəmizdə.

Belə bir ixtiranın banisi isə Arif Qəniyevdir. “Qafqazinfo”olaraq biz də ixtiraçını daha yaxından tanımaq qərarına gəldik.

İxtisasca əmtəəşünas olan Arif bəy ağlına belə bir fikir gələn kimi elmi araşdırmalarla maraqlanıb. Elmlər Akademiyasından rəylər alıb. Geniş tədqiqatlardan sonra əmin olub ki, bu, mümkündür. Və nədənsə dünyada hələ ki, belə bir addım atılmayıb:

“Bu qamış bitkisinin Azərbaycanda çoxluğu həmişə məni düşündürürdü. Fikirləşirdim ki, bu bitkini necə istehsalata daxil etmək olar? Araşdırmalardan sonra qərara gəldim ki, onun gövdəsindən qablaşdırma, tara və digər dekorasiya vasitələri hazırlamaq mümkündür.

Dünyada bambukdan belə bir istehsal sahəsi var, ancaq qamış və qarğı məhsulundan yoxdur. Biz dünyada ilk dəfə olaraq belə bir addım atmışıq. İxtiramın patentini almışam”. 

Arif bəyin sözlərinə görə, ölkədə ən geniş qamış sahələri Şabran rayonunda yerləşir. Elə bu səbəbdən də ixtirası ilə bağlı açılması planlaşdırılan zavodun Şabran rayonunda tikilməsinə qərar verilib:

“Şabranda 2 227 hektar qamış sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəsmi hesabata görə isə respublikada ümumi 20 min hektardan çox istifadəsiz qalmış qamış sahələri mövcuddur. Belə olan halda kənd əhalisi qamışı toplayıb tədarük edərək bizə təhvil verə bilər. Bununla həm də əhalinin məşğulluğu yaranacaq. Hər rayonda təxminən heç olmasa 500-600 ailə bununla məşğul ola bilər. Prezident də qarşıya məqsəd kimi istifadəsiz torpaqlardan yararlanmağı qoyub. Bundan daha gözəl necə yararlanmaq olar?” 

Həmsöhbətimiz deyir ki, əhalidən alınacaq qamış bağlamaların qiyməti də artıq müəyyən olunub:

“Bir bağlama qamışın qiyməti ölçü və diametrindən asılı olaraq dəyişəcək. Uzunluğu 3-4 metr olan qamışların bir bağlaması 5 manatdan, 1-2 metr olanlarının isə 1,50-5 manatdan alınacaq. Neçə illərdir qamış sahələri biçilməyib. İndi təmizlənəndən sonra, məhsuldarlıq daha da artacaq. Bununla da göstərəcəyik ki, istifadəsiz torpaqlar gəlir gətirə bilər.

Rayonlarda tədarük məntəqələri yaradılacaq, orada yığılan qamışlar zavoda göndəriləcək. Daşınma xərclərini də biz öz üzərimizə götürmüşük”.

İxtiraçı Şabran rayonunda zavodun tikilməsi üçün eskiz layihələri təqdim edib, zavod üçün yer ayrılıb. 200-dən çox işçi qüvvəsinin olması planlaşdırılır. Zavodun tikintisinə isə ilin sonuna kimi başlamağı planlaşdırırıq:

“İxtiram iqtisadi cəhətdən gəlir gətiracək, ekoloji cəhətdən isə ölkədə ağac kəsiminin qarşısını alacaq. Bu, orqanik bir məhsuldur, hər sahədə istifadə olunur. 

Biz də yeni faneralar istehsal edib bu sahədə ölkəyə daxil olan idxalın azalmasına səbəb ola bilərik. İldə 200 min kvadratdan çox fanera istehsalını planlaşdırırıq. Şərabçılar özlərinin qablaşdırılması üçün sifariş vermək fikrindədilər. Araşdırma aparmışıq ki, meyvə ixracatçıları tara üçün istifadəyə hazırdılar. 

Faneradan istehsal olunan şərab qabının qiyməti hazırda bazarda 15-27 manat arasında dəyişir. Biz isə bunu 5-8 manat arası təklif edəcəyik. İki butulkalıq qabların qiyməti isə bazarda 27-30 manat arasında dəyişir, biz isə qamışdan hazırlanmış qaba 15-20 manat arasında bir qiymət müəyyənləşdirəcəyik. Qiymətlər ikiqat aşağı olacaq. Bu səbəbdən də şərabçılar bu məsələdə çox maraqlıdır. Həm də “Made in Azerbaijan” brendi altında xaricə də rahat ixrac oluna bilər.

Gələcəkdə bundan qraf kağızı da istehsal etmək olar. Hazırda ölkədə çörəklərin qablaşdırılmasında bu kağızdan istifadə olunur”. 

 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR