Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda bu il 500 fermerə 15 mln. manat kredit verilib

Azərbaycanda bu il 500 fermerə 15 mln. manat kredit verilib
Sakura

Azərbaycanda bu il 500 fermerə 15 mln. manat kredit verilib

Bu il Azərbaycanda aqrar sahədə nağd kreditlərin məbləği 15 mln. manatın üzərindədir və təxminən 500 fermer bu kreditlərdən yararlanıb.

Bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, əsas maraqlı göstərici ondan ibarətdir ki, artıq fermerlərə banklar tərəfindən kiçik həcmli kreditlərin də, yəni 20-35 min manat həcmində olan kreditlərin də verilməsinə başlanılıb.

"Bu onun göstəricisidir ki, artıq banklarda təcrübə formalaşıb və onlar fermerlərə kreditlərin verilməsində maraqlıdır. Yəni əvvəllər bu rəqəmlər çox məhdud sayda, təxminən 200 min manat ətrafında dəyişən kreditlər idisə, indi kreditlər kiçik fermerlər üçün də əlçatan olub", - deyə M. Əliyev qeyd edib. (Apa)

Mənbə: kommersant.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR