Slimfit
  1. İDMAN

Azərbaycanda bu futbol klubları yarışdan kənarlaşdırıldı

Azərbaycanda bu futbol klubları yarışdan kənarlaşdırıldı
Sakura

Azərbaycanda bu futbol klubları yarışdan kənarlaşdırıldı

Region Liqasının II pley-off mərhələsindəki “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb. Araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

Qeyd edək ki, “Füzuli” və “FC Baku” komandalarının turnirdən kənarlaşdırılmasından "Uğur" komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə "Şahdağ"la üz-üzə gələcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR