Slimfit
  1. GÜNDƏM

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Sakura
:0

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir.

Ens.az Day.Az-a istinadən xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin təkrarlanması xarakterik hal sayılır. Respublikada Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir.

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşür:
"Aparılan tədqiqatlar göstərir ki, bu regionda güclü zəlzələlərin təkrarlanması 30-50, bəzən də 100 ildə bir dəfə baş verə bilər". 

 

 

Alim əlavə edib ki, Azərbaycanda güclü zəlzələ ocaqları Xəzər dənizinin cənubu, cənub-şərqi, şimal hissələrini əhatə edir. Potensial gücə malik zəlzələ ocaqları (9 bala qədər) Xəzər dənizində yerləşdiyindən respublikanın digər regionları ilə müqayisədə Abşeronda, o cümlədən Bakı şəhər aqlomerasiyasında hətta 5-6 ballıq zəlzələlər təsərrüfat sahələrinə və əhali məskunlaşmasına ciddi ziyan vura bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR