Dərc edildi: Baxış sayı: 703
Azərbaycanda bu da oldu: pilləkən yeri satılır
Rejissor Emil Quliyevin “Sonuncu pərdə” filminin qala gecəsində iştirak edib sözügedən ekran işini izləmək istəyənlər üçün pilləkən yerlərinə də bilet ayrılıb.
Kult.az xəbər verir ki, bu barədə filmi istehsal edən “ArtFilmBaku” şirkəti məlumat yayıb.
Şirkət rəsmi Feysbuk səhifəsində pilləkən yerləri üçün də bilet ayrıldığını və satışın başladığını bildirib.
“Nəhayət ki, dram janrı bu günü də gördü”, - paylaşımda qeyd edilib.
Sözügedən hissə üçün nəzərdə tutulmuş biletin qiyməti açıqlanmayıb.
Qeyd edək ki, “Sonuncu Pərdə”nin qala gecəsi “Park Sinema Fleym Touers” kinoteatrında 17 oktyabrda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət