Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu cərimələr artırıldı- DYP bütün detalları açıqladı

Azərbaycanda bu cərimələr artırıldı- DYP bütün detalları açıqladı
Sakura

Azərbaycanda bu cərimələr artırıldı- DYP bütün detalları açıqladı

Ens.az Referans.az-a istinadən xəbər verir ki yolda sürət həddini aşmağa görə cərimələr artırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimə məbləği 200 manat müəyyən edilib. Əvvəllər bu cərimə məbləği 150 manat idi. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 300 manat məbləğində cərimə ödəyəcəklər.

Bəs cərimələrin artırılmasının əsas səbəbləri nələrdir və bu qəzaların sayını azaldacaqmı?

Məsələ ilə bağlə danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi mayor Araz Əsgərli bildirib ki, cərimələrin artırılması yol hərəkəti təhlükəsizliyinin təmini məsələlərində daha tədbirli olmaq üçün vacibdir:

“Bu yol hərəkəti təhlükəsizliyin təmini məsələlərində daha tutarlı formada və təsiredici imkanları artırmaqdan ibarətdir. Çünki baş verən qayda pozuntuları ki var, bunların hər biri kobud qayda pozuntularıdır. Baxırıq ki, sürət həddi olsun, həm də sürət həddinin birinci və ya ikinci həddi deyil, yəni 10 manatlıq ya da 50 manatlıq cərimələr yox. Sürət həddində üçüncü, dördüncü fəsil, 41-60 km/saat olan, 61 km/saat-dan yuxarı olan cərimələr dəyişib. 150 manatlıq cərimə 200 manat olub, 250 manatlıq cərimə isə 300 manat olub. İşıqforun qırmızı işığına məhəl qoymayanların cəriməsi 60 manatdan 80 manat artırılıb”.

Birtərəfli hərəkət istiqamətlərində axının əksinə hərkət edənlərə, narkotik vasitələrin təsiri altında olanlara, alkaqollu içkilərin təsiri altında olanlara dəyişikliklər edilib. Son dərəcə həyati əhəmiyyətli və təhlükəli addımlara qarşı bu dəyişikliklər tətbiq edilib. Bu dəyişikliklərin də məqsədi, məhz təhlükəsizliyin təmin olunmasında inzibati metodlarda vacibi olan məqamları qapartmaqdır ki, bu cür hərəkətlərə yol verən şəxslərin dairəsi azalsın – deyə Araz Əsgərli qeyd edib.

Bu barədə nəqliyyat eksperti Rövşən Həsənov hesab edir ki, cərimələrin artırılması qismən də olsa, qəza risklərini azaldacaq: “Ümumiyyətlə, cərimələrin artırılmasına ehtiyac var idi, çünki Bakı şəhərində sürücülər son zamanlar nəinki polis olmayanda, hətta polisin önündə belə min cürə hoqqadan çıxırlar. Sürət həddini aşmayın, pulunuz da cibninzidə qalsın. Yolu təhlükəsiz sürün gedin, bu qədər sadədir”.

Ekspertin sözlərinə görə, Sürücülərin son zamanlar ciddi şəkildə qayda pozuntularına yol verməsi bu cərimələrin artırılmasına səbəb olub. Düşünürəm ki, burada qəbahət bir şey yoxdur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR