Dərc edildi: Baxış sayı: 241
Azərbaycanda bu akademiyanın adı dəyişdirilir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunur.
Qərarla “Azərbaycan İdman Akademiyasının Nizamnaməsi” təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət