Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda birdəfəlik ödəniş alan işsizlərin sayı 200 minə çatdı

Azərbaycanda birdəfəlik ödəniş alan işsizlərin sayı 200 minə çatdı
Sakura

Azərbaycanda birdəfəlik ödəniş alan işsizlərin sayı 200 minə çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 35 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.

Bununla bağlı Nazirliyin Mətbuat Xidməti məlumat yayıb. 

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi üç dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. 

Artıq 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

İşsiz kimi qeydiyyata alınan şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir.

İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR