Dərc edildi: Baxış sayı: 559
Azərbaycanda bir sıra məhkəmələrin hakimləri vəzifədən azad edilir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirə olunacaq.
Ens.az report.az-a istinadən xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət