Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib
Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.
İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət