Azərbaycanda benzinə tələbat azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 800,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,7% azdır.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
1 041,9 |
97,5 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
222,8 |
124,2 |
Ağ neft, min ton |
537,6 |
97 |
Dizel yanacağı, min ton |
1 911,2 |
108,9 |
Yanacaq mazutu, min ton |
118,5 |
127,8 |
Sürtkü yağları, min ton |
21 |
18,4 |
Neft bitumu, min ton |
229,1 |
84 |
Neft koksu, min ton |
218,7 |
98 |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət