Dərc edildi: Baxış sayı: 252
Azərbaycanda bankların müştəri bazası 14% artıb
Azərbaycanda bank müştərilərinin sayı illik 13,7% artaraq bu il avqustun 1-nə 8 547 197 nəfərə çatıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə isə 1%-ə yaxın artım müşahidə olunub.
Bank müştərilərinin 8 434 165 və ya 98,7%-ni fiziki şəxslər(ondan da 342 355-i sahibkarlıqla məşğul olanlardır) təşkil edib.
Hesabata əsasən, müştərilərin bank hesablarının sayı aylıq müqayisədə 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,5% artaraq bu il avqustun 1-nə 20 107 072-yə (85,5%-i cari, 13%-i kredit, 1,5%-i depozit hesabları) yüksəlib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət