Dərc edildi: Baxış sayı: 347
Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 mln. manatdan çox artıb
2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun depozit portfeli 34,81 milyard manat təşkil edib.
"APA-Economics"in hesablamalarına görə, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,8% və ya 262,1 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bu rəqəm 34,55 milyard manat təşkil edib.
Qeyd edək ki, bank sektoronun depozit portfelinin 66%-i ən böyük üç bankın payına (ABB, "PAŞA Bank", "Kapital Bank") düşüb. 13 bankın əmanət portfeli üzrə bazar payı 1-7% arasında, 7 bankın bazar payı isə 1%-dən aşağıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət