Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda bankların dividend ödənişləri təxirə salınıb

Azərbaycanda bankların dividend ödənişləri təxirə salınıb
Sakura
:0

Azərbaycanda bankların dividend ödənişləri təxirə salınıb

Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu qayda Mərkəzi Bankın (AMB-nin) İdarə Heyəti tərəfindən təsdiqlənib və bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədini daşıyır.

Qeyd edək ki, sözügedən qayda, AMB-nin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə daxil idi.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR