Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda bank hesablarına sərəncamların tətbiqi mexanizmi təkmilləşdirilib

Azərbaycanda bank hesablarına sərəncamların tətbiqi mexanizmi təkmilləşdirilib
Sakura

Azərbaycanda bank hesablarına sərəncamların tətbiqi mexanizmi təkmilləşdirilib

Azərbaycanda bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bank hesablarına sərəncamların tətbiqi mexanizmi təkmilləşdirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Belə ki, vergi ödəyicisi öhdəliyini qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı onun bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına, yaxud eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına borc məbləğinin 105 %-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərir.

Dəyişikliyə əsasən, sərəncam vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və borc məbləği vergi ödəyicisinin hesablarından hər hansı biri üzrə dondurulduqda, ödəyicinin müraciəti əsasında həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Bu halda həmin məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarında olan hesablara verilən sərəncamların vergi orqanı tərəfindən 1 iş günü müddətində geri qaytarılması təmin olunur.

Həmçinin, vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına sərəncam verildikdə və borc məbləği bu hesablardan hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR