Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejiminə keçirilir

Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejiminə keçirilir
Sakura

Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejiminə keçirilir

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalarda tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin Biletim.az portalından onlayn qaydada əldə edə bilərlər.

Qeyd edək ki, hazırda Biletim.az portalında 45 şəhər və rayona 68 istiqamət üzrə bilet almaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR